send link to app

Əjdaha dönər


4.2 ( 7072 ratings )
Cuisine et boissons Shopping
Développeur Karim Karimov
Libre

“Əjdaha Dönər” 2016-cı il tarixində təsis edilmiş yerli “fast food” şəbəkəsidir. İlk restoranını məhz 2016-cı il tarixində Bakı şəhəri, Bülbül prospektində fəaliyyətə başladan şirkət, hazırda ümumi sayı 8 olmaqla Bakı şəhərində 7 restoran və Xırdalan şəhərində 1 restoran ilə təmsil olunur. Şirkətin gigiyenik qaydalara tam uyğun olaraq hazırlanmış ət kəsim və hazırlanma məntəqəsi vardır.

“Əjdaha Dönər"-də müştərilər üçün hazırlanan təamlar məxsusi “Əjdaha Dönər” reseptlərinə uyğun hazırlanır. Menyuda təqdim edilən dönər növləri üçün xüsusi lavaş, türk və təndir çörəkləri, "halal" standartlarına müvafiq kəsilmiş ətlər, xüsusi souslar menyunun əsas qayəsini təşkil edir. Məhsulların hazırlanmasında istifadə edilən inqrediyentlər xüsusi seçim prosedurundan keçirilərək müştərilərə təqdim olunur.

“Əjdaha Dönər” restoranları Bakı şəhərində insan axını çox olan yerlərdə, xüsusilə şəhərin mərkəz hissələrində yerləşir. Restoranlarımız həftənin yeddi günü saat 11:00-23:00-da fəaliyyət göstərir. Hazırda “Əjdaha Dönər” filialları 45 dəqiqə ərzində 3 km radiusa çatdırılmanı həyata keçirirlər.

Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin

www.ajdaha.az
https://www.facebook.com/ajdahadoner
https://www.linkedin.com/company/ajdaha-doner
https://instagram.com/ajdahadoner